YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə geri dönüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin qazilər Alxasov Camal İlqar oğlu və İskəndərli Elnur Zöhrab oğludur.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən və yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!