YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat və futbol turnirinə start verilib

Pirallahı rayonunda YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş orta məktəb şagirdləri arasında şahmat və futbol turnirinə start verilib.

Turniri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov ulu öndər Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu idman siyasətindən bəhs edərək tədbir iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, 07 may 2022-ci il tarixində turnirin qalibləri müəyyənləşəcək və mükafatlarla təltif olunacaqlar.