YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda "Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, Yevlax şəhər “Gənclər Evi” SXM-in və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının əməkdaşı Tural İsmayılov, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli, Gənclər-Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları Nüşabə Məmmədova, Əhməd Yusifli, Yevlax şəhər 6 nömrəli tam orta məktəbin kitabxana müdiri Nüşabə Vəliyeva, gənclər və məktəblilər iştirak ediblər.

Tədbiri iştirakçıları öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Tədbirdə çıxış edənlər XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin azərbaycanlıların milli dövlətçilik düşüncəsini müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmasını qeyd edərək, məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildiriblər. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasının Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf etdiyini qeyd edən çıxışçılar, azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək olduğunu vurğulayıblar.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilmiş və tədbir qarşılıqlı müzakirələrlə davam etmişdir.