YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi beynəlxalq yükdaşımaları üçün yeni və əlverişli bir yol olacaq

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri

Prezident cənab İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında vurğuladığı kimi, 30 il davam edən işğal dövrü ərzində ermənilər bizim torpaqlarda vandallıq və talançılıqla məşğul olmuşlar. Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişlər. Lakin iki il bundan öncə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bütün bu haqsızlıqlara son qoydu. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə öz torpaqlarını işğaldan azad etdi, tarixi ədalət bərpa olundu. Bu gün isə Azərbaycanımızın işğaldan azad edilmiş bütün rayonlarında, o cümlədən Zəngilan rayonunda irimiqyaslı quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Prezident cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaqdır. Rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması və digər amillər geniş perspektivlər açır. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır. Eyni zamanda da bu strateji obyekt ölkənin həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərini həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəlincə isə, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Məhz buna görə də hazırda dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Nəzərə almaq lazımdır ki, bu yol həm də keçmiş məcburi köçkünlərin rahatlığını yüksək səviyyədə təmin edəcək. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək.

Məlumdur ki, bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plana çıxır. Son illərdə ölkəmizdə bu istiqamətdə bir çox işlər görülüb və bu işlər getdikcə artan intensivliklə davam etdirilir. Ümumiyyətlə Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Əslində işğaldan azad edilmiş bütün ərazilərimizin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan 30 il ərzində işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Bunu peyk vasitəsilə müşahidə etmək olur. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur. Lakin indi dövlətimizin səyləri ilə vəziyyətin normallaşması müşahidə olunur. Bu proseslərin fonunda azad edilmiş ərazilərdə iqtisadi inkişafa nail olmaq və əhalinin məşğulluğunu təmin etmək istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir. O cümlədən azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycan və Türliyə Prezidentləri birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyublar. Bu, birinci, nümunəvi bir aqropark olacaq və getdikcə azad edilmiş torpaqlarda aqroparkların sayı daha çox olacaq. Təbii ki, Zəngilan rayonunda əsas məşğulluq sahəsi və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim bunun üçün çox əlverişlidir. Hazırda Ağalı kəndində yeni müəssisələrin yaradılması üzrə iş gedir. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdir ki, həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə vətəndaşlarımız işlə təmin olunacaqlar.