YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş ərazilərimiz özünəməxsus iqtisadi imkanlara malikdir

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri  

Mayın 4-də  Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar çıxışında zamanı deyib: "Azad edilən hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib. Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilib. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik".

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizə hər səfərində gələcəklə bağlı planları özündə əks etdirən çıxışı hər kəsdə böyük qürur hissi, Böyük Qayıdışın tezliklə reallaşacağına əminlik yaradır. İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan addımlar diqqətdən kənarda qalmır. Təbii ki, hər bölgənin, o cümlədən sahibkarlığın inkişafında infrastruktur layihələrinin uğurlu icrası xüsusi əhəmiyyət kəsb edir. Dövlət sahibkarları hər zaman dəstəkləyir, eyni zamanda, onlara güzəştli kreditlər verilir. Azərbaycan sahibkarları bu torpaqlarda müəssisələr, yeni iş yerləri yaratmaqla həyatın canlanmasına dəstək ola bilərlər. Azərbaycanın digər regionları kimi, bu ərazilərimiz də özünəməxsus iqtisadi imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafını təmin edə bilərik. Dövlətimizin başçısı cənab  İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün aparılması, Milli Prioritetlərin təsdiqlənməsi də bu hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Azərbaycan bütün bu işləri yalnız öz maliyyə vəsaitləri hesabına görür. Müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Dövlətimizin başçısı cənab  İlham Əliyev ilk gündən dost ölkələrin, onların şirkətlərinin bərpa-quruculuq işlərində iştiraklarına çağırışlar etdi. Ancaq Azərbaycan xalqı ermənilərin törətdikləri vəhşiliyi heç vaxt unutmamalıdır. 30 ildən sonra azad edilmiş torpqalarımıza səfərləri zamanı dövlətimizin başçısı düşmənin darmadağın etdiyi ərzilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma ata yurdlarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirib. Son səfərində də cənab İlham Əliyev  bildirib ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək.

Qeyd edək ki, erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşmaqdadır. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir.

“Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. 

Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaqdır.

DİGƏR Xəbərlər Arxiv