YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndələri və Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri və ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin  xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn Yeni Azərbaycan Partiyasının üzvləri və Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyəti tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edilib, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Həmçinin, “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.