YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçrilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ulu öndər Heydər Əliyev gənclərin gözü ilə” mövzusunda bir qrup gəncin rayonda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Məqsəd gənclərin vətənə məhəbbət, xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və ümummilli lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaqdır.

Ekskursiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzlə tanışlıq olub. Bildirilib ki, Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş olunur.

Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Mərkəzdə yerləşən konfrans zalında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı filmi izləyiblər.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə və Mərkəzin baş mühafizi Səlmi Mehtiyeva ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında gənclərə məlumatlar veriblər.

DİGƏR Xəbərlər Arxiv