YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Minsk qrupunun həmsədrləri məsələyə siyasi qiymət verməlidir

«Baş Prokurorluğun Slovakiya Milli Şurasının keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işi açması təqdirəlayiq addımdır. İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan edib». Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu, həm də ona görə önəmlidir ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı ciddi addımlar atır.

«Bunun nümunəvi tərəfləri var. Bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir. Bugünlərdə müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqında bəyanat verib. Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil. Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə ciddi narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə siyasi qiymət verməlidir. Bu gün Suriya, Livan, Şimali Afrikadan gələn ermənilər qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir»- deyə, A.Quliyev qeyd edib.