YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-nin ofisində “Təcrübi İqtisadiyyat” layihəsinin açılış mərasimi olmuşdur

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində “Təcrübi İqtisadiyyat” layihəsinin açılış mərasimi olmuşdur.

Tədbirdə iştirak edən iqtisad elmləri doktoru, iqtisadçı ekspert Vüqar Bayramov iqtisadiyyat elmi haqqında geniş məlumat vermişdir. Bu elmin tarixi, inkişafı  və dəyişən mərhələlərini bildirən Vüqar Bayramov inkişaf tempinə görə bir çox avropa ölkələrini üstələyən Azərbaycanın uğurlu strategiyasından danışmışdır.

Daha sonra marketoloq Rəvan Əyyubov marketinq sahəsində əldə olunmuş uğurlar və onun sirrləri haqqında öz fikirlərini bölüşmüşdür.

Sonda hər iki qonaq layihə iştirakçılarına uğurlar arzuladılar.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv