YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Lənkəran şəhərinin avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də “Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb.