YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid ailələri ziyarət olunub

Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun 24-cü doğum günü qeyd edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhid Qadir Heydərovun Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki məzarını ziyarət edib, həmçinin vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə yeni tikilən Xatirə Kompleksi ilə tanış olub, ruhlarına dualar oxuyublar.

Tədbirdə şəhid Qadir Heydərovun atası Ədalət Heydərov çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə edib.

Daha sonra Mehdiabad qəsəbəsindəki “Mərasim evi”ndə şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

RİH başçısı Abdin Fərzəliyev şəhid Qadir Heydərovun ailəsini də ziyarət edərək, onların problem və qayğıları ilə maraqlanıb.

Həmçinin şəhid mayor pilot Elmir Həsənovun qızının doğum günündə iştirak edilib. Görüş zamanı şəhid ailəsinin problemləri dinlənilib, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyi bildirilib.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən, Vətən müharibəsi şəhidi Mehdiyev İsmayıl David oğlunun anası Natəvan Mehdiyeva ilə də görüş keçirilib. Abşeron RİH-nin inzibati binasında təşkil olunan görüşdə şəhid ailəsinin problemləri və qayğıları ilə maraqlanıb.