YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mazandaran Bakı ilə birbaşa gəmi reysinin açılmasını planlaşdırır

Mazandaran əyalətindən Bakı ilə birbaşa sərnişin daşımaları məqsədi ilə gəmi reysinin açılmasını planlaşdırır. Bunu Azərbaycanlı jurnalistlərə açıqlamasında Mazandaran əyalətinin başçısı Rəfi Fəllah Cilodar deyib./Trend/

Onun sözlərinə görə, dəniz nəqliyyat xəttinin açılması Mazandaran ilə Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək: "Düzdür, hazırda Azərbaycanla İranın bəzi limanları arasında dəniz əlaqələri var, lakin turizmin inkişafı üçün sərnişin daşımaları sahəsində gəmi reysləri yoxdur. Odur ki, biz birbaşa dəniz reysinin açılmasını istəyirik və hazırda bu istiqamətdə işləyirik. Yaxın vaxtlarda bu reysin açılmasını gözləyirik".