YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Ucar rayonunda Vətən müharibəsi şəhidi Mehdili Niftalı Qnyaz oğlunun 26-cı doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, şəhid ailələri, partiya fəalları Bərgüşad kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər-çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Həmçinin Niftalı Mehdili ilə eyni məzarlıqda dəfn edilmiş Birinci Qarabağ müharibəsi şəhidləri Azayev Heydər Əlövsət oğlunun, Gülalıyev Ayaz Hökümalı oğlunun, Əlhəsənov Adət Əlişirin oğlunun, Cavadov Mirələm Məhyəddin oğlunun, Baloğlanov Elxan Əlihüseyn oğlunun və Xudaverdiyev Ramazan Abduləli oğlunun məzarları da ziyarət olunub.

Sonra tədbir iştirakçıları şəhidin ailəsində açılan ehsan süfrəsində iştirak ediblər.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, partiya üzvləri Vətən müharibəsi şəhidi Məmmədli Şahı Elman oğlunun da ailəsinə baş çəkib, qayğı və problemləri ilə maraqlanıblar.

DİGƏR Xəbərlər Arxiv