YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Anar Əliyevin doğum günündə xatirəsi anılıb

Bu gün Oğuz rayonun Şəhidlər xiyabanında Vətən müharibəsində şəhid olmuş Əliyev Anar Talıb oğlunun doğum günündə xatirəsi anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və partiyanın əməkdaşları, rayon İcra Hakimiyyətinin nümayəndələri, Oğuz rayon Gənclər və İdman idarəsinin təmsilçiləri, şəhidin məzun olduğu Şəhər 2 N-li məktəbin rəhbərliyi, o cümlədən, rayon ictimaiyyətinin nümayəndələri, Şəhid ailələri, məktəblilər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra, Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarları ziyarət edilib.

Şəhər 2 N-li məktəbin şagirdlərinin ifasında şeirlər və vətənpərvərlik ruhunda nəğmələr dinlənilib.

Tədbirin sonunda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, Şəhid ailələrinə minnətdarlığını bildirib və göstərdikləri nümunəvi birliyə görə təşəkkür edib.

Sonda xatirə şəkli çəkdirilib.