YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax Tarix – Diyarşünaslıq muzeyi ziyarət edilib

18 may – Beynəlxalq Muzeylər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatının işçiləri və fəalları Qazax Tarix – Diyarşünaslıq muzeyini ziyarət ediblər.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ziyarət zamanı bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə  tarixi şəxsiyyətlərin memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy  evi" bölmələrinə baxış keçirilib, həmçinin muzeydə olan "Qazax xalça məktəbi", "Etnoqrafiya və folklor", "Qazax XIX-XXI əsrin əvəllərində", "Səməd Vurğun", “Görkəmli şəxsiyyətlər", "1929-1990-cı illər", "Müasir dövr" və"Azərbaycan XXI əsrdə" bölmələri, Qazağın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqqında ziyarətçilərə ətraflı məlumat verilib.