YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyətinin Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin naziri ilə görüşü olub

YAP İcra katibinin müavini, MM-in İntizam komisiyasının sədri, MM-in Azərbaycan – Çin Parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin naziri cənab Çjou Li ilə görüşü olub.  

Görüşdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilmişdir. Cənab Çjou Li Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il bu ölkəyə yüksək səviyyəli səfərini xatırlamış və bu səfərin iki dövlət arasında əlaqələrin inkişafında  yeni mərhələ olduğunu nəzətə çatdırmışdır. Çjou Li ölkəsinin Ermənistan, Azərbaycan –Dağlıq Qarabağ münaqişəsinə münasibətdə rəsmi Bakının haqlı mövqeyini hər zaman dəstəklədiyini, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu qeyd etmişdir.

Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında mövcud əlaqələrin səviyyəsi, partiyalararası münasibətlərin inkişafında bu kimi qarşılıqlı səfərlərin və birgə lahiyələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılmışdır.

Görüşdə  MM-in Azərbaycan – Çin Parlamentlərarası  dostluq qrupunun üzvlərindən Eldar İbrahimov, Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Əliağa Hüseynov, Xanlar Fətiyev və Cavanşir Paşazadə iştirak ediblər.  

 

DİGƏR Partiya xəbərləri Arxiv