YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə milli müdafiə nazirinin müavini: Hər kəsi bu möhtəşəm “TEKNOFEST” festivalına dəvət edirik

2018-ci ildə Türkiyədə start verilən “TEKNOFEST” festivalı çox böyük marağa səbəb oldu. Bu gün sözügedən festival ilk dəfə Türkiyə hüdudlarından kənarda – qardaş ölkə Azərbaycanda keçirilir. Dörd gün davam edəcək “TEKNOFEST Azərbaycan”da bir-birindən maraqlı müxtəlif layihələr təqdim ediləcək.

Bu sözləri Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere söyləyib.

O, Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinə məxsus pavilyon haqqında məlumat verərək deyib: “Biz də Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi olaraq burada təyyalərəmizi, yeni nəsil helikopterlərimizi və bir çox texnikalarımızı nümayiş etdiririk. Hər kəsi bu möhtəşəm festivalda iştirak etməyə dəvət edirik".