YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə futbol üzrə rayon birinciliyinə start verilib

İmişli rayonunda Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Rayonda bu əlamətdar gün münasibətilə futbol üzrə rayon birinciliyinə start verilib.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 2010-2011-ci il təvəllüdlü məktəblilər qüvvələrini sınayırlar.

Yarışların açılış mərasimində çıxış edən İmişli Uşaq Gənclər Şahmat məktəbinin direktoru Akşin Mürsəlov bildirib ki, 120 məktəblidən formalaşan 12 komandanın iştirakı ilə keçiriləcək yarışın 5 gün davam edəcəyini diqqətə çatdırıb. O, final oyununun iyun ayının 14-də təşkil ediləcəyini qeyd edib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev müstəqillik salnaməsində mühüm rol oynayan əlamətdar Milli Qurtuluş Günü və tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edilib ki, həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi böyük fəlakətlərdən qurtarıb. Daha sonra çıxış edənlər Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüblər.

DİGƏR Xəbərlər Arxiv