YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilat nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Tahir Əlizadənin həyat və döyüş yolundan danışılıb. 

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamlarına əsasən şəhid Tahir Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv