YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Dövlət başçıları görüşdə çıxış etmişlər.

Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırladı. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirdi.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv