YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Silahlı Qüvvələr Günü şəhid ailələri və qazilərlə birgə qeyd edilib

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları Keşlə qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət ediblər.

İctimaiyyət qarşısında çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, qazi Nicat Cəlilov, şəhid atası Nofəl Alıyev müzəffər ordumuzun şücaətindən, tarixi zəfərdən danışıblar.

Sonra şəhidlərin məzarları ziyarət olunub, üzərilərinə gül düzülüb, dualar oxunub, xatirələri ehtiramla yad olunub, şəhid ailələrinin üzvləri və qazilərlə söhbət edilib.

Daha sonra Keşlə qəbiristanlığında şəhid Zakir Cəfərovun məzarı ziyarət edilib.

Həmin gün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında rayonun bir qrup qazisi və müharibə iştirakçısı ilə görüş də keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, Nizami Bələdiyyəsi sədrinin I müavini, Qarabağ müharibəsi qazisi Heydər Rəhimov, qazi Nicat Cəlilov və başqaları ordumuzun qüdrətindən, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərdən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına olan diqqət və qayğıdan danışıblar.

Sonra doğum günü olan 11 qazi və müharibə iştirakçısı təbrik edilib.

Sonda görüş iştirakçılarına təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv