YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Tovuz döyüşləri şəhidinin əziz xatirəsi ehtiramla anıldı

Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də Tovuz döyüşləridir. Bu döyüşlər də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu, düşmən hücumlarının qarşısı qətiyyətlə alındı. Artıq ikinci ildir ki, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan igidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən ehtiramla yad olunur.

Tovuz döyüşləri zamanı şəhid olan igidlərimizdən biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş mayor Namiq Əhmədovdur.

YAP Qazax rayon təşkilatının fəalları şəhid mayor Namiq Əhmədovun məzarını ziyarət ediblər.

Mərasimdə Tovuz döyüşlərinin şəhidi mayor Namiq Əhmədovun keçdiyi şərəfli yoldan bəhs edilmiş, məzarı önünə tər qərənfil dəstələri düzərək, onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.