YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirəsi anılıb

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidləri Şirinov Kamil Altay oğlunun və Bayramov Səid Eldəniz oğlunun doğum günlərində xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid anası Simuzər Bağıyeva, Ərəbqubalı kənd tam orta məktəbinin direktoru Mais Bayramov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri Ərəbqubalı kənd qəbiristanlığında Kamil Şirinovun, Çöl-Ərəb kənd qəbiristanlığında isə Səid Bayramovun məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Tədbir iştirakçıları şəhid ailələrinə də baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, Kamil və Səid kimi Vətən oğullarının qəhrəmanlığından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamlarına əsasən şəhid Kamil Şirinov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, şəhid Səid Bayramov isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.