YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidlərin ildönümlərində xatirələri anılıb

Tovuz döyüşləri zamanı şəhid olmuş Mustafazadə Elçin Arif oğlunun və Babayev Yaşar Vasif oğlunun ildönümündə əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub önünə gül dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Elçin Mustafazadənin və Yaşar Babayevin ailə üzvlərini ziyarət edərək, dərin hüzünlə başsağlığı veriblər. Onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhidlərimizin keçdikləri şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elçin Mustafazadə 2020-ci il iyul ayının 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Yaşar Babayev də 2020-ci il iyul ayının 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.