YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü il dönümünə həsr olunmuş tədbir keçirilib

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin  deputatları Elnur Allahverdiyev, Jalə Əhmədova, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və YAP Yasamal rayonunun fəalları iştirak edib.

Əvvəlcə AMEA Elmi Kitabxanasında ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.

AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamız iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu iyulun 14-də ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, 1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə ulu öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfər əldə etməyimizə və regionda reallıqların yaranmasını nail olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Jalə Əhmədova, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev əlamətdar günün böyük ictimai-siyasi və tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən geniş bəhs ediblər.

Tədbirdə yekun nitqi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.

Sonda gənc xanəndə Cəfərbəyli Yusif çıxış edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.