YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöl rayonunda şəhid Maqsud Məmmədovun xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub

Göygöl Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, ziyalıların, gənclərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Maqsud Məmmədovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunub.

Sonra Göygöl şəhərində Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun  xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olmuş,  məktəblilər tərəfindən şeirlər səsləndirilmiş, Maqsud Məmmədovun oxuduğu orta məktəbin direktoru Aişə İsgəndərova şəhidin məktəbli həyatı, döyüş yoldaşları isə Vətən müharibəsindəki keçdiyi qəhrəmanlıq yolu haqqında geniş və ətraflı söhbət açıblar.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək, ailə üzvlərinin qayğıları ilə maraqlanıb, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini, onların  gələcək nəsillərə örnək olduğunu söyləyib, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsini şəhidin anasına təqdim edib. Söhbət zamanı şəhid anası Məhəbbət Məmmədova şəhid ailələrinin daim qayğı ilə əhatə olunduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.