YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı İCAPP-ın Qadın Təşkilatının tədbirində iştirak edəcək

Yeni Azərbaycan Partiyası Siyasi Surasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 28 aprel-1 may tarixində Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (İCAPP ) Qadın Təşilatı tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edəcəkdir. 

Kambocanın paytaxtı Pnom Penda keçirilən bu tədbir Pekin Konfransının 20 illiyinə həsr edilmişdir.

Asiya Sakit okean bölgəsinin 70-dən cox olkəsinin siyasi partiyalarını əhatə edən bu təşkilatın Qadın Qolunun həmsədri, millət vəkili Məlahət İbrahimqızı konfransın açılış və bağlanış məruzəsini edəcəkdir.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası artıq uzun illərdir ki, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvü olmaqla təşkilatda böyük nüfuza malikdir.

DİGƏR Partiya xəbərləri Arxiv