YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerik rayonunda şəhid bulağının açılışı olub

Lerik rayonun Vıjaker kəndində I Qarabağ müharibəsi şəhidi Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.

Mərasimdə çıxış edənlər şəhid Şərifov İlhamın I Qarabağ müharibəsində göstərdiyi  qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv