YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna xarici işlər nazirinin müavini Milli Məclisdə olub

Aprelin 28-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ukrayna xarici işlər nazirinin müavini Natalya Qalibarenko ilə görüşüb.

Görüşdə Ukrayna-Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, sosial və mədəni tərəfləri müzakirə edilib.

Ziyafət Əsgərov iki ölkə arasında əlaqələrin yüksək səmimiyyət və dostluq üzərində qurulduğunu vurğulayıb.

Natalya Qalibarenko Azərbaycanın ölkəsi üçün vacib strateji tərəfdaş olduğunu qeyd edib.

Müzakirələr zamanı parlamentlərarası əlaqələr də diqqət mərkəzində olub.