YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Ermənilər qondarma “soyqırım”la bağlı Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında heç bir tədbir keçirə bilmədilər

«Ermənilər qondarma “soyqırım”la bağlı Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında heç bir tədbir keçirə bilmədilər. Bu son sessiya ermənilərin uğurunu yox, məğlubiyyətini göstərdi». Bu fikirləri  AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

S.Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyətinin iki üzvü Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəliblər: «Millət vəkili Sahibə Qafarova Qadınlara qarşı zorakılıq kampaniyasına qarşı, Sevinc Fətəliyeva isə Uşaqlara qarşı zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyasını aparacaq».

S. Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməməlidir: «Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə “Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi” ifadəsi “Azərbaycanın Dağlıq Qarabağ  və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib. Bu bizim uğurumuzdur».