YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq

«Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, insanlar arasında aqressivliyin artmasında dini cəryanların da rolu var. Onun sözlərinə görə, Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb.

«Ölkəmizdə bütün xalqların nümayəndələri həmişə qardaş kimi yaşayıb. Odur ki, kənar qüvvələrin hansısa cəhdlərindən  asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik. Biz əminik ki, belə də olacaq. Azərbaycan tolerantlıq baxımından dünya üçün bir  nümunədir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.