YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Şirzad Mirzəyevin doğum günündə xatirəsi anılıb

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şirzad Mirzəyevin doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Ziyarət zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək şəhid Şirzad Mirzəyevin döyüş yolundan söhbət açıb, Vətən uğrunda canlarından keçən şəhidlərin öz canları və qanları bahasına torpaqlarımızı azad edərək qəlblərdə özlərinin əbədi abidələrini ucaltdıqlarını bildirib. Xalqımıza “Qalib xalq” adını bəxş edən şəhidlərin gələcək nəsillərə örnək olmaqla,  hər bir insan tərəfindən ehtiramla anıldığını, şəhid ailələrinin ən yüksək diqqətə layiq olmaqla, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən  daim yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını, bütün Azərbaycan xalqının şəhidlərimizlə qürur duyduğunu diqqətə çatdırıb.

Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunub.

Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. V.İsayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini söyləyib.

Daha sonra YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim olunub.

Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.