YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu pisləyən bəyanat yayıb.

Bəyanatda Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pislədiyi bildirilib: “Avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar olaraq, diplomatik nümayəndəliyə və onun əməkdaşlarına qarşı istənilən zorakılığı qəbuledilməz hesab edirik.

Beynəlxalq hüququn prinsiplərinin və normalarının pozulması aktları ümumilikdə pislənməlidir və təşkilatçıların məsuliyyətə cəlb edilməsi məqsədilə hərtərəfli araşdırma aparılmalıdır.

Azərbaycan xalqının sarsılmazlığına inanırıq və qardaş dövlət üçün çətin vəziyyətlərdə hərtərəfli dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunub.

DİGƏR Xəbərlər Arxiv