YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Azərbaycan əməli addımlar atır

“Son vaxtlar dünyada ərzaq qıtlığı və bahalaşma ilə bağlı gedən proseslər onu göstərir ki, bu məsələlərdə biz də müəyyən qabaqlayıcı addımlar atmalıyıq və atırıq. Artıq beynəlxalq təşkilatların “SOS” siqnalı verməsi məsələnin ciddiliyindən xəbər verir”.

Bu fikiri deputat Vüqar İskəndərov bildirib.

“Çox sevindirici haldır ki, bizdə illərdir, bu istiqamətdə işlər aparılır. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün müəyyən dövlət proqramları, investisiya layihələri həyata keçirilir. Bu da öz növbəsində dünyada gedən qlobal böhranın bizə təsirinin o qədər də yüksək olmayacağından xəbər verir. Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində verdiyi müsahibəsində bu məsələyə xüsusilə toxunması hər şeyin nəzarət altında və planlı şəkildə getdiyini göstərir. Əksər ərzaq məhsulları üzrə Azərbaycan öz daxili imkanları hesabına bu tələbatı ödəməyi bacarır. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Ölkə başçısının da qeyd etdiyi kimi növbəti 3-5 il ərzində bu rəqəmlər yüz faiz səviyyəsinə çıxacağıq. Bu baxımdan rəqəmlər də onu göstərir ki, bizim ərzaq çatışmazlığı, yaxud da ərzaq böhranı ilə qarşılaşma kimi bir qorxumuz olmamalıdır. Hətta taxıla olan tələbatı da qarşılamaq üçün Azərbaycan bu gün əməli addımlar atır. İşğaldan azad olunmuş ərazilərdə taxıl əkinin həyata keçirilməsi, tətbiq olunan subsidiya proqramları müəyyən mənada taxıla olan tələbatı ödəməyə imkan yaradacaq. Hazırda özümüzü buğda ilə təminetmə əmsalı bu ilin əvvəlinə 62 faiz olub. Ancaq təqribən 3-4 il ərzində ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin etmə imkanı yaranacaq. Yəni planlı iqtisadi inkişaf təhlükələri dəf edəcək”, - deyə V.İskəndərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv