YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı sülh üçün çalışırıq

"Azərbaycan tərəfi sülh təklifi irəli sürüb ancaq Ermənistan tərəfi buna gec cavab verib".

Bu fikiri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.

Nazir Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı təmsilçilər indiyədək dörd dəfə görüş keçirdiyini və bu prosesin Azərbaycan-Ermənistan nizamlanması ilə sıx bağlı olduğunu xatırladıb: “Biz münasibətlərin mərhələli şəkildə normallaşması və davamlı sülh üçün çalışırıq və indiyə qədər etimadın gücləndirilməsi istiqamətində bir sıra addımlar atmışıq. Uçuşların həyata keçirilməsi, ticarətlə bağlı, sərhədlərdə müəyyən işlər görülür. Ancaq bu prosesi (Ermənistan və Türkiyə arasında normallaşmanı) Azərbaycan və Ermənistan arasındakı prosesdən ayrı görmək real deyil. Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər”.

O, Brüsseldə hər iki ölkənin liderləri arasında baş tutan görüşdən sonra sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması, həmçinin sülh razılaşmasının hazırlanması üçün ayrıca komissiyanın təşkili barədə razılığı xatırladıb. "İndi Ermənistan narahatlığını ifadə edir. İşğal etdiyi torpaqlar Azərbaycan torpaqları idi. Bəzən onlar elə davranırlar ki guya Azərbaycan bu torpaqları alıb. Rusiya sülhməramlıları regiona gəldikdən sonra Ermənistan qüvvələri Qarabağdan çıxmalı idi. İki il keçib, amma hələ də burada erməni hərbçiləri var", - deyə Çavuşoğlu deyib.

DİGƏR Xəbərlər Arxiv