YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və incəsənət sahəsinə yüksək qayğı nümunəsi

“Azərbaycanda iqtisadi, sosial sahələrlə yanaşı, mədəniyyət və incəsənət sahəsinin inkişafı da Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkişafı xalqımızın ulu öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümumilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sürətli inkişaf dövrü başlayıb. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman mədəniyyət və incəsənət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb, milli-mənəvi dəyərlərimizin inkişafını xüsusi diqqətdə saxlayıb. Bu istiqamət üzrə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilib, qanunlar qəbul edilib, sərəncamlar imzalanıb. Eyni zamanda mədəniyyət və incəsənətimizin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun böyük fəaliyyəti olub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı və dünya miqyasında təbliği istiqamətində misilsiz xidmətlər göstərilib”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən mədəniyyət sahəsində atılmış ən qürurverici addımlardan biri də İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra işğaldan azad olunmuş Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsidir: “Ölkə başçımızın mədəniyyət sahəsinə və mədəniyyət nümayəndələrimizə növbəti diqqətinin təzahürü olaraq avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışında iştirakını göstərmək olar. Açılışda çıxış edən Azərbaycan Prezidenti Müslüm Maqomayevlə bağlı öz xoş xatirələrini xatırlayaraq dahi sənətkarımızın hər zaman qəlbimizdə yaşayacağını vurğuladı. Əlbəttə, bütün bunlar Prezidentimiz İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə və nümayəndələrinə olan diqqət və qayğısının bariz göstəricisidir”.

DİGƏR Xəbərlər Arxiv