YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Biləsuvar rayonunun Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi Məmmədov Elyar Elbəyi oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Nağı Cəfərov, ictimaiyyət nümayəndələri şəhidin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Şəhidin qardaşı Eldar Məmmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu şəhid Elyar Məmmədov Vətən müharibəsi zamanı Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 2020-ci il oktyabrın 27-də doğulduğu Ağalıkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv