YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi yad edilib

Lerik rayonunun Perzəküçə kəndində Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Kitabəli Tərlan oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyətinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Perzəküçə, o cümlədən Anbu kənd qəbiristanlıqlarında Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları da ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Kitabəli Həmidov 1992-ci ilin avqustun 23-də Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Rayonun Anbu kənd tam orta məktəbinə şəhidin adı verilib.

DİGƏR Xəbərlər Arxiv