YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda şəhidin xatirəsi yad edilib

Qazax rayonunda İkinci Qarabağ müharibəsi şəhidi kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun doğum günündə əziz xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının nümayəndələri, partiya fəalları rayonun Fərəhli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş edib. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri olan Əhməd Məmmədovun şərəfli ömür və döyüş yolu gənclərə nümunədir.

Qeyd edək ki, Əhməd Məmmədov 2020-ci il noyabr ayının 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.