YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhidin məzarı ziyarət olunub

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidi Nurməmmədov Ziya Zabil oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, digər şəhid ailələri, partiya fəalları, ictimaiyyət nümayəndələri rayonun Sığırlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şəhid Ziya Nurməmmədovla eyni məzarlıqda uyuyan şəhidlərin məzarları da ziyarət olunub, ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açıblar.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ziya Nurməmmədov  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və  “Füzulinin azad olunmasına görə” medalları  ilə təltif olunub.