YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider – dahilik və müdriklik zirvəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyev xalqı üçün yaşadı, yaratdı, bütun ömrünü özünün də qeyd etdiyi kimi, xalqına həsr etdi. Azərbaycan çox ağır günlər və ağır sınaqlar keçmişdi. Lakin həmin günlərdə xalqımızın Ulu Öndərimiz kimi bir çırağı və ​ ümidi var idi. Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.​

1991-ci il 3 sentyabr  Azərbaycanın müstəqillik tarixinə yazılan əlamətdar günlərin başlanğıcıdır. Ulu öndər Heydər Əliyev həmin tarixdə Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdi. 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi, muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Ulu öndərin rəhbərliyi ilə irəli sürülən ideyalar və bu istiqamətdə Naxçıvan­da qəbul edilən qərarlar Azərbaycan ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənirdi. Məhz ölkə ictimaiyyətinin təsiri nəticəsində az sonra Azərbaycan SSR rəhbərliyi də bəzi addımlar atmalı oldu. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtı ilə qəbul etdiyi üçrəngli bayraq Azərbaycan Respublikası­nın Dövlət Bayrağı kimi təsdiq edildi.

Ümuimmilli lider Heydər Əliyevin Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Dağlıq Qara­bağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Heydər Əliyevin ilk gündən başlayaraq atdığı ad­dımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın rəhbəri kimi o, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliyi həm də ondan ibarət idi ki, o, böyük təşəbbüslə xalqı böyük bir ideya– azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməyə çalışdı. Ulu öndər bunun nə qədər həyati zərurət olduğunu əməli işilə sübut edirdi. Qeyd edirdi ki, xalq birləşməsə, həmrəyliyə nail olmasa, müstəqilliyini və azadlığını da qoruyub saxlaya bilməyəcək.

Heydər Əliyevin ideyaları və uğurla tətbiq olu­nan siyasi kursu sonrakı illərdə də böyük nailiyyətlərin əldə edilməsinin əsas stimulu, hərəkətverici qüvvəsi oldu.

Ulu öndər Heydər Əliyev ideyalarını və dövlətçilik təlimini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilməsini təmin etməklə ölkəmizin hərtərəfli, dinamik və dayanıqlı inkişafına nail olmuşdur. Heydər Əliyevin Naxçıvan­la bağlı arzuları da ən yüksək səviyyədə həyata keçirilmişdir. Qüdrətli dövlət xadiminin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Nax­çıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” – fikirləri ölkəmizdə, eləcə də, Naxçıvan Muxtar Respublika­sında öz əksini tapıb.

Müdrik dövlət xadimi və milli lider Heydər Əliyevin ideyalarının uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublika­sı bu gün tarixin heç bir mərhələsində görünməmiş uğurlara imza atır. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir. Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı.

Artıq Azərbaycan Qarabağ problemini uğurla həll edib, ərazi bütövlüyümüz bərpa edilib, işğal olunmuş rayonlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən azad edilib. Və bütün bunların hər biri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsindədir.