YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının “Heydər Əliyev prospekti 41” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis konfransında çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan bəhs edib. Qeyd edib ki, bütün sınaqlardan şərəflə çıxan partiya adını tarixə qələbələr partiyası kimi yazıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Sonra təşkilati məsələlərə baxılıb. Alıkişiyev Gündüz Asif oğlu “Heydər Əliyev prospekti 41” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Möhsünlü Səltənət Tərlan qızı isə sədr müavini seçiliblər.