YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhidin xatirəsinə həsr olunan bulağın açılışı olub

Astara rayonunun  Maşxan kəndində şəhid Cahangirov Rauf Xəyyam oğlunun əziz xatirəsinə həsr olunan  bulağın açılış mərasimi keçirilib.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib  Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar  Malıyev, Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Turan  Həsənzadə, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Astara  Rayon İcra  Hakimiyyəti başçısının müavini İlqar  Malıyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti, xalqımızın birliyi sayəsində  44 günlük İkinci Qarabağ  müharibəsində tarixi Zəfərə imza atan Azərbaycanın qəhrəman oğullarının şücaətindən, Vətən, torpaq sevgisindən geniş bəhs ediblər. Vətən müharibəsinin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizə şəfa diləyiblər.

Şəhid ailələrinin üzvləri, qazilər onlara göstərilən diqqət və qayğıya görə   dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda bir daha vurğulanıb ki, şəhidlər ölməzdir. Onların qəhrəmanlığı, şücaəti gənclərimiz üçün örnəkdir, həyat yolları  vətənpərvərlik məktəbidir. Şəhidlərimizin xatirəsi  xalqımızın qəlbində əbədi yaşayacaq. Onlar milli iftixarımızdır.  

DİGƏR Xəbərlər Arxiv