YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın ali təhsil müəssisələri ilə ADA Universitetinin əməkdaşlığa başlaması çox mühüm hadisədir

İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi ilə ADA Universitetinin əməkdaşlığa başlaması çox mühüm hadisədir.

Bu sözləri Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti deyib.

İtaliya-Azərbaycan Universitetinin yaradılması üzrə əməkdaşlıqdan məmnun olduqlarını deyən A.Deserti bildirib: “ADA Universiteti ilə əməkdaşlığa dair imzalanmış saziş çərçivəsində İtaliya-Azərbaycan Universitetində fakültə və proqramların yaradılması nəzərdə tutulur. Milan Politexnik Universiteti ilə yanaşı, bu layihəyə İtaliyanın Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti və Alma Mater Bolonya Universiteti qoşulub”.

“ADA Universiteti ilə əməkdaşlıq təmsil etdiyim Milan Politexnik Universiteti üçün böyük əhəmiyyət daşıyır. Biz birgə təhsili, yeni fakültə və proqramların yaradılmasını həyata keçirəcəyik, eləcə də universitetlər arasında tələbə mübadiləsi nəzərdə tutulur. İnanıram ki, birgə səylərimiz iki dost ölkənin – İtaliya və Azərbaycanın yüksələn xətlə inkişaf edən əlaqələrinə öz töhfəsini verəcək, hər iki tərəfə fayda gətirəcək”, - deyə Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru vurğulayıb.