YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik yolunun ən önəmli tarixlərindən...

Şahin İsmayılov

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü 

Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi milli müstəqillik yolunun ən önəmli tarixlərindən biridir. Ulu Öndərin Naxçıvan MR-na rəhbərliyi Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasının əsasını qoyan böyük bir siyasi hadisədir. Müdrik xalqımızın böyük siyasətçini təkidlə Bakıya dəvət etməsi isə bu hadisələri sürətləndirməklə müstəqilliyimizin bərpasından sonra görülən ən ali işlərdəndir. Bununla da xalqımızın və dövlətimizin qurtuluşu başladı. Əgər qüdrətli siyasətçi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi ilə başlayan bu yol maneələri dəf edə bilməsəydi, bugünkü Azərbaycanın müstəqilliyi reallığa çevrilə bilməzdi. Müstəqilliyin əldə edilməsi tarixi fürsətdən irəli gəlsə də onun qorunub saxlanması böyük əzm, güc, təcrübə və siyasi iradə tələb edirdi. Bütün bunlara görə deyə bilərik ki,  3 sentyabr tarixi xalqımız üçün mənəvi dəyəri olan əlamətdar gündür.

Ulu Öndərin Azərbaycanın siyasi tarixində əsas rolu xilaskarlıq missiyasıdır. Təbii ki, bu missiyanın icrasında zəngin təcrübə, böyük siyasi bacarıqlar, xalqına və vətəninə bağlılıq, dövlətçilik ideologiyası və bir sıra amillər yer alır. Müasir tariximizi diqqətlə analiz edən hər kəs bilir ki, Heydər Əliyev fenomeni Azərbaycan xalqı və Azərbaycan dövlətinin həyatında mühüm rol oynayan xilaskardır. O, siyasi gedişata uyğun olaraq o vaxt blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının siyasi və iqtisadi vəziyyətinin qaydaya salınmasından başladı. Burada qəbul edilən qərarlar isə Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyini də müxtəlif lazımi addımlar atmağa məcbur edirdi. Daha sonra Ulu Öndərin xalqın təkidi ilə Bakıya gəlməsi və Azərbaycana rəhbərlik dövrünün başlanması respublikanın taleyinin etibarlı əllərdə olmasına gətirib çıxardı. Bununla da, müstəqilliyin bərpasından sonra

Azərbaycanın siyasi həyatında baş verən əsas hadisələrin Naxçıvandan başlanması və ümumrespublika səviyyəsində davam etdirilməsi baş tutdu.

Bu gün müstəqil Azərbaycan regionun lider dövləti  və dünya ölkələri arasında söz sahibidir. Müharibə şəraitində yaşamasına baxmayaraq qısa dövr ərzində bütün sahələr üzrə uğurlar əldə edilmiş, o cümlədən zəfər çalan ölkəyə çevrilmişdir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi varisi, müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində reallığa çevrilmişdir. Tarix bu reallığı hər zaman yaşadacaqdır.