YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 40 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, nazirlik tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla son bir həftədə artıq 80 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.

İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır, tibbi və fizioterapevtik proseduralarla təmin edilirlər. Cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında mənalı istirahətinin təşkili nəzərdə tutulur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb - gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

 

DİGƏR Xəbərlər Arxiv