YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi inkişafın siyasi əsasları

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda isə mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Son illər enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanın müstəqillik illərində enerji təhlükəsizliyinə sərmayə yatırması və bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticəsində nəinki daxili bazarda tələbat ödənilib, hətta digər ölkələrin enerji təhlükəsizliyinin qorunmasında aktiv iştirakı təmin edilib. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd etmək olar. Nəticədə isə Avropa İttifaqının üzv dövlətləri ilə münsibətlərimiz xeyli inkişaf edib. Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici siyasət prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağı bacarıb.

Avropanın qaza olan tələbatı ildən-ilə artır. Belə bir şəraitdə istehlakçılar üzünü zəngin qaz ehtiyatları olan regionlara tuturlar. Sevindirici haldır ki, neft-qaz sahəsində Azərbaycanın təcrübəsi var və bu sürətlə inkişaf edir. Zaman keçdikcə yeni neft-qaz strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilib.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışını mühüm məqamları ilə yadda qaldı. Prezident İlham Əliyev Forumda çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə əməkdaşlığın inkişafına olan əhəmiyyətindən bəhs edib. Azərbaycan faydalı əməkdaşlıq əlaqələrini təkcə Aİ ilə deyil, ona üzv ölkələrlə də çoxtərəfli konfiqurasiya üzərindən genişləndirir. Qarşılıqlı münasibətlərin və strateji əlaqələrin müsbət yöndə irəliləməsi üçün Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə tərəfdaşlıq sənədi imzalayıb.

Hazırda Avropa ölkələrinin enerji idxalının 40%-i Rusiyanın payına düşür. Məlum hadisələrdən sonra isə Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər heç də ürək açan deyil. Bu da öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini bir daha ortaya çıxarır. Təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycan il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib. Ümumi ixrac isə 22 milyard kubmetrdən artıq olacağı gözlənilir.Bütün bunları isə xarici iqtisadi siyasətimizin uğurları hesab etmək olar.

Ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artması Prezident İlham Əliyevin şəxsi nüfuzu, yorulmaz fəaliyyəti, yüksək intellekti sayəsində mümkün olub.