YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah Şərqi Zəngəzurda...

Azərbaycana gələn dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir. Səfərin üçüncü günü səyyahlar Şərqi Zəngəzur marşrutu üzrə hərəkət ediblər.

Dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin rəybərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin səfəri davam edir. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. Səyyahlar səfərin marşrutuna uyğun olaraq üçüncü gün Zəngilan və Cəbrayıl rayonlarına səfər edəcəklər. Onlar Cəbrayıl və Zəngilan rayonlarında işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə və azad olunan ərazilərdə tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin səyyahların Ağalı kəndinə və tarixi abidə olan Xudafərin körpüsünə səyahəti nəzərdə tutulub. Qeyd edək ki, bundan əvvəl ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.