YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsil millətin gələcəyidir

YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektoru ilə birlikdə 2022-cü ildə 600-dən yuxarı bal toplayaraq respublikamızın ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Bərdə təhsil sektorunun müdiri Qurban Məmmədov məruzə edərək  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində görülmüş işlərdən, təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, 2021-2022-ci tədris ilində Bərdə rayonun məktəbləri üzrə 1255 nəfər məzun olub,  onlardan 541 nəfəri ali məktəblərə daxil olub. 19 məzun 600-dən yuxarı, 64 məzun 500-dən yuxarı bal toplayıb.  

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək gəncləri tələbə adı qazanmaqları münasibətilə təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi alrında ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətindən, təhsilin maddi texniki bazasının möhkəmləndirilməsindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısından danışıb.

Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış tələbələr adından Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məzunu, Azərbaycan Tibb Universitetinin tələbəsi Nigar Bayramlı, Türkmən kənd tam orta məktəbin məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi   Orxan Qarayev, valideynlər adından  8 saylı tam orta məktəbin məzunu, Bakı Dövlət Universitetinin tələbəsi Gülşən Kamillinin  valideyni Pərvanə Məmmədova  çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, əməkdaş Fidan Nəsirli, şəhər 2 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Zülfüqar Əsədov, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin məsul işçisi Şamxal Yaqubov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşı Orxan Fəxrəddinov, YAP Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci ƏPT sədri Raqub Yunisov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik ediblər.

Sonda yüksək balla ali məktəblərə daxil olan tələbələrə YAP Bərdə rayon təşkilatının Fəxri fərmanları, Ulu öndər Heydər Əliyevin imzası olan döş nişanları və Qarabağ Regional Təhsil İdarəsinin qiymətli hədiyyələri təqdim olunub.

Tədbir  şəhər 7 saylı və Xanqaraqoyunlu kənd tam orta məktəblərin şagirdlərinin yenicə tələbə adı qazanmış gəncləri təbrik üçün hazırladıqları kompozisiya ilə başa çatıb.