YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əl Hivar” və “Cümhuriyyə” erməni təxribatı barədə...

Qarabağa səfər edən ərəb jurnalistlər öz ölkələrinin mediasında Ermənistanın son təxribatlarından bəhs edən məqalələrlə çıxış ediblər.

Əlcəzairli jurnalist Xəttal Nurəddinin “Əl Hivar” qəzetində dərc olunmuş geniş məqaləsində sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdikləri təxribatlar və Ordumuzun qarşı tərəfin hücumlarına qətiyyətli cavab verərək düşməni susdurmasından bəhs olunur. Müəllif Əlcəzair ictimaiyyətinə Azərbaycan Müdafiə Nazirliyinin brifinqləri, sərhəd bölgəsində gedən döyüşlər haqqında da ətraflı məlumat verib.

Misirli jurnalist Mustafa Yasin də “Cümhuriyyə” qəzetində dərc olunmuş məqaləsində Ermənistan silahlı qüvvələrinin Ordumuzun Kəlbəcər, Daşkəsən və Laçın rayonlarında yerləşən mövqelərini atəşə tutması, bu ərazilərdə gecə saatlarında minalar basdırması, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin bu təxribatlarının qarşısını qətiyyətlə alması barədə məlumat verilib.

Əlcəzairli və misirli jurnalistlərin məqalələrində, həmçinin Cəbrayıl rayonunda aparılan minatəmizləmə əməliyyatları, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri endirdiyi Gəncənin dağılmış binaları və mülki şəxslərin həlak olması, Şuşa və Ağdamda ermənilərin məhv etdiyi məscidlərin bərpası, işğaldan azad olunmuş ərazilərimizdə davam edən irimiqyaslı quruculuq işləri və böyük infrastruktur obyektlərinin istifadəyə verilməsindən bəhs olunub.